Haqqımızda
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır.

Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.

GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az-da onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq mümkündür. Yaxın gələcəkdə isə Hesab.az istifadəçilərinə aviabiletlərin onlayn alışı, pul köçürmələr daxil olmaqla bir çox yeni xidmətlər təqdim ediləcək.

GoldenPay şirkəti səhmlərin kütləvi satışını təşkil etmək məqsədilə 14 mart, 2014-cü il tarixində təşkilati hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyətindən Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir .

Hal-hazırda şirkətə aid bütün səhmlər Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş GoldenPay International şirkətinə məxsusdur.

Təşkilatın idarəetmə orqanları

Təşkilatın idarəetmə strukturu aşağıdakılardan ibarətdir:

- Səhmdarların Ümumi Yığıncağı
-Müşahidə Şurası
- İdarə Heyəti
- Audit komitəsi

Müşahidə Şurası

Müşahidə Şurasının Sədri – Yusif Cabbarov Həsən oğlu
Müşahidə Şurasının üzvü – Fuad Allahverdiyev Razim oğlu
Müşahidə Şurasının üzvü – İmran Əhmədzadə Elxan oğlu

İdarə Heyəti

İdarə Heyətinin Sədri - İsmayılzadə Fərid Şahid oğlu
Idarə Heyətinin Sədrinin birinci müavini – Mehdiyeva Naina Telman qızı
İdarə Heyətinin üzvü - Məhəmmədiyyə Abdurəhimov Yusif oğlu
İdarə Heyətininüzvü - Elvin Mirzəyev Mirzə oğlu