Suallarınıza cavab
Sualınızı bizə göndərmədən öncə, xahiş edirik aşağıdakı siyahıda sualınıza cavabın olub-olmadığını yoxlayasınız.

Sualınıza cavab tapmadıqda, xahiş edirik cs@goldenpay.az ünvanına yazasınız!

Müştərilər üçün

GoldenPay vasitəsilə ödəniş etdiyim zaman komissiya tutulurmu?
Xeyr. Yalnız ödəmək istədiyiniz məbləğ çıxılacaq.

CVC nömrə nədir?
CVC nömrə- Bank kartınızın arxasındakı 3 (üç) rəqəmli nömrədir. Bu təhlükəsizliyiniz üçündür. Kart nömrəniz oğurlandığı halda belə CVC nömrə olmadan saxta ödənişlər edilə bilməz.

Kartımda CVC nömrə olmadıqda, nə etməliyəm?
Bunun üçün bankınıza müraciət edib, kartınızı 3 rəgəmli CVC nömrə olan yeni bir kart ilə əvəz etməlisiniz.

3D Secure nə deməkdir?
İnternet şəbkəsində onlayn ödənişlərin əlavə təhlükəsizliyinə cavabdəh olan xüsusi PİN koddur və Sizə bankınız tərəfindən hər ödəmədəgöndəriləcək.

Bu təhlükəsizlik sistemi Viza və Master Kart tərəfindən yaranmışdır (Verified by Visa və MasterCard Securecode).

Mən xarici kart istifadə edərkən, GoldenPay vasitəsilə ödəniş apara bilərəm mi?
Xarici kartınızla ödəniş etmək üçün, xahiş edirik şəxsi emailınızdan aşağıdakı məlumatları yazıb, customerservice@goldenpay.az ünvanına göndərəsiniz:

  • Adınız, Soyadınız, Atanızın adı
  • Telefon nömrəniz
  • Email ünvanınız
  • Xarici kart ilə ödəmə etmə səbəbiniz
  • Kartınızla və şəxsiyyətinizi təsdiq edən sənədi əlinizdə saxlayaraq, şəklini çəkib bizə göndərin. Göndərdiyiniz zaman əmin olun ki, yalnız kartın ilk 6 rəgəmi və kartın üzərindəki tam adınız görünür

Mən GoldenPay vasitəsilə, taksit və lokal (Albali, Bolkart, ParPar, Hesab.az Gift Card, Muğanbank “VisaGift”) kartlar ilə ödəniş apara bilərəm?
Bəli, edə bilərsiniz.

Hesab.az Gift Card nə deməkdir?
Hesab.az Gift Card- elektron hədiyyə kartıdır. O, yalnız Hesab.az portalında ödənişləri həyata keçirtmək üçün nəzərə tutulub.

Ödəmə zamanı xəta baş verdikdə, nə etməliyəm?
Siz cs@goldenpay.az ünvanına xətanın ətraflı izahatını göndərməlisiniz. Xahiş edirik üzləşdiyiniz problem barədə daha aydın və ətraflı məlumat göndərəsiniz.

Əməliyyatlarım təhlükəsizdirmi?
Bəli. GoldenPay bütün ödənişləri şifrələmək məqsədi ilə GeoTrust TLS/SSL Encryption–dan istifadə edir.GeoTrust dünyada məlumatların şifrələnməsində liderdir.

Mənim kartımdan icazəsiz ödəniş edilibsə, nə etməliyəm?
Kart çıxarışınızda Sizə aid olmayan ödəniş aşkar etdikdə, xahiş edirik Bankınıza müraciət edəsiniz.

GoldenPay vasitəsi ilə ödəniş etdikdən sonra qəbzi çap edə bilərəmmi?
Bəli. Təsdiq səhifəmizdə “Çap Et” imkanı mövcuddur. Orada Siz eyni zamanda 2 (iki) üsuldan istifadə edə bilərsiniz: Çap etmək və ya daxil etdiyiniz elektron ünvanına göndərmək. Bütün ödənişlərinizin yadda saxlanılması və istənilən vaxt istənilən qəbzi çap etmək imkanından yararlanmaq istəyirsizinsə, Hesab.az portalından qeydiyyatdan keçməyi tövsiyyə edirik.

Mən Hesab.az saytında ödəniş qəbzini çap edə və ya email ünvanıma göndərə bilmirəm. Bunun üçün nə etməliyəm?
Email ünvanızın təstiq etdiyinizə əmin olun. “Pop up”-ı blokdan çıxardın.

Qəbz mənim elektron ünvanıma göndərilməyib. Nə etməliyəm?
Xahiş edirik ödəniş barədə məlumatı cs@goldenpay.az ünvanına göndərin və biz məmnuniyyətlə qəbzi Sizə göndərərik.

Qəbz rəsmi hesab edilirmi?
Bəli. GoldenPay təqdim etdiyi qəbz tam rəsmi sayılır və ödənişin təsdiqi kimi istifadə edilə bilər. Ödəniş etdiyiniz müəssisə ilə bu barədə hər hansı narazılığınız yaranarsa, xahiş edirik bizə cs@goldenpay.az ünvanına yazasınız.

Mən GoldenPay vasitəsilə bank kartından diqər kartla ödənişi keçirə bilərəmmi?
Xeir, hal-hazırda kartdan karta xidməti bizdə mövcüd deyil.

Bu bank xidmətlərinə aiddir.

GoldenPay vasitəsilə bank kreditlərini ödədiyim zaman komissiya tutulurmu?
Unibank, Nikoil Bank, VTB Bank, Accessbank və Bank of Baku kreditlərini ödədikdə, əlavə olaraq heç bir kommisiya haqqı tutulmur.

AGBank, TuranBank, Respublika Bank, Ata Bank, Embafinans, Rabitəbank, Expressbank, Dəmirbank, ASB, Amrahbank, Muganbank, TBC Kredit, Kapitalbank, AzərTürkBank, Yapı Kredi Bank və Xalq Bank kreditlərini ödədikdə isə Ödəniş məbləğindən asılı olmayaraq , kommisiya haqqı cəmi 1 AZN təşkil edir.

Biznes üçün

Şirkətimin GoldenPay vasitəsilə onlayn ödənişlərinin qəbulunu təşkil etmək istəyirəm. Bunu necə edə bilərəm?
Ətraflı məlumat üçün xahiş edirik Qoşulun səhifəsinə daxil olun.

GoldenPay necə işləyir?
Ətraflı məlumat üçün xahiş edirik İşləmə prosesi səhifəsinə daxil olun.

Mənim portalım var və mən orada GoldenPay onlayn ödəmə səhifəsindən yararlanmaq istəyirəm. Bunu necə edə bilərəm?
Ətraflı məlumat üçün xahiş edirik PortalPay səhifəsinə daxil olun.

GoldenPay WebMoney və ya Paypal kimi işləyir?
Qısaca olaraq "Xeyr". GoldenPay, onlayn pul köçürmələrindən fərqli olaraq,onlayn ödəmə imkanları verir.

Şirkətim Azərbaycandan kənarda qeydiyyatdadır. GoldenPay xidmətlərindən istifadə edə bilərəm?
Xeyr. Hal-hazırda yalnız Azərbaycanda qeydiyyatda olan şirkətlər GoldenPay xidmətlərindən istifadə edə bilər.