Xüsusi İnteqrasiya

Sərbəst olaraq ana sistemə qoşulmaq istəyənlər üçün.

Xüsusi İnteqrasiyadan kimlər istifadə etməlidir?

Sərbəst olaraq ana sistemə qoşulmaq istəyən şirkətlər xüsusi inteqrasiyadan istifadə etməlidir. Məsələn, xüsusi məlumat bazasına malik olan və müştəriləri tərəfindən edilən əməliyyatları yadda saxlamaq lazım olduğu təqdirdə istifadə oluna bilər.

İşləmə prosesi

Xüsusi inteqrasiya zamanı Siz ödəniş sorğunuzu veb səhifənizdən birbaşa GoldenPay-ə göndərmiş olursunuz. Ödəniş icra olunduqdan sonra GoldenPay nəticə məlumati veb səhifənizə geri göndərir. Bundan sonra Siz məlumatı bazanızda saxlaya bilərsiniz.

Qoşulma prosesi

Standart qoşulma prosesi aşağıdakı kimidir:

  • Veb səhifənizi və ya dükanınızı hazırlayın (Məhsullar, qiymətlər, çatdırılma, əlaqə)
  • Qoşulma üçün müraciətinizi GoldenPay-ə göndərin
  • Müqavilə nümunəsi ilə yanaşı Sizə tələb olunan sənədlərin siyahısı göndəriləcək
  • Tələb olunan sənədləri təqdim edin və müqaviləni imzalayın
  • GoldenPay sisteminə qoşulmaq üçün texniki sənədləri alın
  • Qoşulma prosesini bitirin və test ödənişləri edin
  • Yeni xidmətinizdən yararlanın!
Qoşulun!

Veb səhifəniz hazırdırsa və ödənişlərinizi onlayn qəbul etmək istəyirsinizsə, bizimlə quickpay@goldenpay.az əlaqə saxlayın!

Hüquqi şəxs kimi fəaliyyət göstərdiyiniz təqdirdə, aşağıdakı məlumatları təqdim etməlisiniz:

  • Şirkətin hüquqi adı və ünvanı
  • Ödənişləri qəbul etmək üçün şirkətin bank hesabını 
  • Şirkətinizin onlayn satacağı məhsul və ya xidmətlər barədə ətraflı məlumat

Fiziki şəxs kimi fəaliyyət göstərdiyiniz təqdirdə, aşağıdakı məlumatları təqdim etməlisiniz:

  • VÖEN vəsiqənizin surəti
  • Şəxsiyyət vəsiqənizin surəti
  • Ödənişləri qəbul etmək üçün VÖEN-a bağlı bank hesabı. Xahiş edirik nəzərə alasınız ki, e-kommersiya üçün bank hesabınız Partnyor Banklarımızdan birində olmalıdır.
  • Onlayn satacağınız məhsul və ya xidmətlər barədə ətraflı məlumat