İşləmə prosesi
E-ticarət əməliyyatlarının necə işləməsi hamı üçün çox maraqlıdır. Burada bu barədə öyrənə bilərsiniz! Proses

Xidmət və ya məhsulu onlayn əldə etmək istəyən hər bir müştəri ticarət müəssisəsinin veb səhifəsinə daxil olur və istədiyi məhsulu və ya xidməti seçir. Məhsulu seçdikdən sonra müştəri, ticarət müəssisəsinin veb səhifəsi ilə eyni görünüşə malik olan onlayn ödəmə sisteminin veb səhifəsinə keçir. Təhlükəsizliyə ciddi riayət edən səhifədə müştəri kredit kartının məlumatlarını daxil edir. Bundan sonra onlayn ödəmə sistemi, daxil olunan məlumatları təhlükəsiz qaydada prosessinq mərkəzinə ötürür. Prosessinq mərkəzi isə öz növbəsində müştərinin daxil etdiyi kartdan məbləği çəkib, ticarət müəssisəsinin bank hesabına köçürür. Bütün bunlar cəmi 3 saniyə vaxt aparır. Ödəniş başa çatdıqdan sonra ticarət müəssisəsi məhsul və ya xidməti müştəriyə təqdim etməlidir.

Yuxarıda göstərilənləri etmək üçün GoldenPay sistemi Azərbaycanda MilliKart prosessinq mərkəzi ilə işləyir. Müştəri dünyanın istənilən bankının Visa/MasterCard, Visa Electron/Maestro kartlarından istifadə edə bilər.

GoldenPay Process