Ticarət müəssisəsinin təhlükəsizliyi

GoldenPay-ə necə qoşulmağınızdan asılı olmayaraq biz sizin və müştərilərinizin məlumatlarının qorunub saxlanılmasına və təhlükəsizliyinə zəmanət veririk.

Məlumatlarınız necə qorunub saxlanılır?

GoldenPay, bütün əməliyyatların təhlükəsizliyi üçün GeoTrust SSL/TLS şifrələnməsindən istifadə edir. GeoTrust dünyada məlumat və əməliyyatların şifrələnməsində liderdir.

Müştərilərimizin daxil etdiyi kart məlumatları tərəfimizdən yadda saxlanılmır.

Siz məlumatlarınızın təhlükəsiz olmasına necə əmin ola bilərsiniz?

Əgər Siz qoşulma zamanı xüsusi inteqrasiyadan istifadə edirsinizsə, veb səhifənizdə SSL/TLS şifrələnməsindən istifadə etməyinizi tövsiyyə edirik. Bu, sizin veb səhifənizdən GoldenPay serverinə göndərilən məlumatların təhlükəsizliyinə zəmanəti təmin edir.