QuickPay
QuickPay onlayn ödəmə sisteminə ən tez və sadə qoşulma üsuludur. QuickPay nədir?

QuickPay - ticarət müəssisələrinə bahalı proqram təminatlardan istifadə etməyərək, satdığı məhsullar və ya xidmətlərin ödənişlərini onlayn şəkildə qəbul etməyə kömək edir.

Məsələn, müştəri telefon vasitəsi ilə turizm agentliyindən uçuş bileti sifariş edir. Adətən, bu ödənişi etmək üçün müştəri turizm agentliyinə getməli olur.

QuickPay vasitəsi ilə isə müştəri olduğu yeri tərk etmədən ödənişi turizm agentliyinə edir. Bunun üçün müştəri sadəcə olaraq adını, sifariş nömrəsini, əlaqə və kredit kart məlumatlarını daxil etməlidir. Bundan sonra turizm agentliyi ödənişin həyata keçməsi barədə məlumat alır.

Niyə QuickPay?

QuickPay kiçik və orta biznes üçün ideal həlldir. Səbəblər:

  • Tam Dəstək Həlli - Serverlərinizdə heç bir proqram təminatın yüklənilməsi tələb olunmur
  • Tez və Asan Qoşulma - Sizin şirkət/müəssisəniz bir həftə ərzində onlayn ödəniş üçün açıqdır (müqavilələr imzalandıqdan sonra)
  • Sizə Uyğun Dizayn - Ödəniş səhifəniz veb səhifənizin dizaynına uyğunlaşdırılır
  • Tərəfinizdən Minimal Səy - Siz, yalnız veb səhifənizdə təqdim etdiyimiz onlayn ödəmə səhifəsinə keçid hazırlamalısınız
  • Admin Panel - Təqdim etdiyimiz asan admin paneldən istifadə edərək ödəmələrə nəzarət edə biləcəksiniz
QuickPay-ə kimlər qoşulub?

QuickPay-ə qoşulanları burada görə bilərsiniz!Qoşulun!

Veb səhifəniz hazırdırsa və ödənişlərinizi onlayn qəbul etmək istəyirsinizsə, bizimlə contact@goldenpay.az əlaqə saxlayın!

Hüquqi şəxs kimi fəaliyyət göstərdiyiniz təqdirdə, aşağıdakı məlumatları təqdim etməlisiniz:

  • Şirkətin hüquqi adı və ünvanı
  • Ödənişləri qəbul etmək üçün şirkətin bank hesabını 
  • Şirkətinizin onlayn satacağı məhsul və ya xidmətlər barədə ətraflı məlumat

Fiziki şəxs kimi fəaliyyət göstərdiyiniz təqdirdə, aşağıdakı məlumatları təqdim etməlisiniz:

  • VÖEN vəsiqənizin surəti
  • Şəxsiyyət vəsiqənizin surəti
  • Ödənişləri qəbul etmək üçün VÖEN-a bağlı bank hesabı. Xahiş edirik nəzərə alasınız ki, e-kommersiya üçün bank hesabınız Partnyor Banklarımızdan birində olmalıdır.
  • Onlayn satacağınız məhsul və ya xidmətlər barədə ətraflı məlumat