Niyə GoldenPay ilə e-ticarət?
GoldenPay Azərbaycanda ilk və ən böyük onlayn ödəmə sistemidir. Biz Azərbaycanda ticarətin qurulmasının üslubunu dəyişirik. Təhlükəsizlik

GoldenPay, bütün əməliyyatların təhlükəsizliyi üçün GeoTrust SSL/TLS şifrələnməsindən istifadə edir. GeoTrust dünyada məlumat və əməliyyatların şifrələnməsində liderdir.

Daim xidmətinizdə

E-ticarətin mükəmməl xüsusiyyətlərindən biri də odur ki, siz ticarət obyektinizi “bağlamaq” məcburiyyətində qalmırsınız. Vaxtdan asılı olmayaraq dünyanın istənilən yerindən insanlar sizin saytınız vasitəsilə alış-veriş edə bilər. GoldenPay sistemi həftənin 7 (yeddi) günü, günün 24 (iyirmi dörd) saatı fəaliyyət göstərdiyi üçün Siz evdə və hətta tətildə olduğunuz zaman belə ödənişlərinizi və sifarişlərinizi almaqda davam edə bilərsiniz.

Etibarlılıq

Biz sistemin 99,9 % işləməsinə zəmanət veririk. Sistemimiz üçün xüsusi yazılmış monitorinq proqramı vasitəsilə biz , hər hansı bir problem yarandıqda, dərhal məlumat alırıq. Siz müştəriləriniz üçün saytınızın daim açıq olmasına əmin ola bilərsiniz.

Diqqətinizin dünyaya yönəldilməsi

GoldenPay Sizə məhsul və xidmətlərinizi nəinki daxili bazarda, həmçinin dünya bazarına çıxışını təmin edir. Bu da öz növbəsində satdığınız malları və ya göstərdiyiniz xidmətləri milyonlarla insanlara təklif edir. Bu e-Ticarət üçün görünməmiş üstünlükdür.

Mənfəətin artırılması

E-ticarət həlli müştərilərinizə Sizinlə işləməyi asanlaşdırır. Əvvəllər müştəri ticarət obyektinizin çox uzaq olduğunu səbəb gətirərək yaxınlaşmaqdan imtina edirdisə, lakin indi eyni müştəri Sizin veb səhifənizə daxil olaraq sizdən lazımi məhsul və ya xidməti birbaşa ala bilir.

Xərclərin azalması

Yeni ticarət obyektinin açılması ilə müqayisədə, e-ticarət həlli inanılmaz ucuz başa gəlir. Ödəmə sisteminə qoşulma haqqı, hostinq və veb səhifənin inkişafı üçün xərclər çox cuzi məbləğ təşkil edir. Bundan əlavə, elektron dükanı idarə etmək üçün bir və ya iki nəfər işçi kifayət edər, halbuki, ticarət obyektini idarə etmək üçün beş və ya on nəfər işçiyə ehtiyac yarana bilir.

Rahat inteqrasiya

OMüqavilələr imzalandıqdan sonra Sizə sistemə qoşulmaq üçün lazımi sənədlər və kodlar göndəriləcək.

Təcrübəli Müştəri Xidməti

Onlayn ödəmə zamanı müştəriləriniz hər hansı bir problem ilə rastlaşarsa, bizim təcrübəli müştəri xidməti günün 24 saatı onlara dəstək ola bilər.

Uyğunluq

İstənilən sistem (PHP, .NET, Java və s.) GoldenPay-ə qoşulub, nəticə əldə edə bilər.